Caution: JavaScript execution is disabled in your browser or for this website. You may not be able to answer all questions in this survey. Please, verify your browser parameters.

İş mühiti sağlamlığı və funksionallığı ilə əlaqədar sorğu (AZ)

 

Hörmətli iştirakçı!


Adım Ülkər İsayevadır və Xəzər Universitetinin elmi işçisiyəm. Sizi insanların iş mühiti ilə bağlı fikir, duyğu və davranışlarını araşdırmaq məqsədi daşıyan tədqiqatda iştirak etməyə dəvət edirəm. Layihə Polşanın Katovitse şəhərindəki Sileziya Universitetindən Dr. Edyta Charzynska və Polşanın Qdansk Universitetindən Dr. Pavel Atroszkonun rəhbərlik etdiyi beynəlxalq komanda tərəfindən həyata keçirilir. Tədqiqat 6 qitənin 60-dan çox ölkəsində aparılır və Polşa Milli Elm Mərkəzi tərəfindən dəstəklənir.

Bu araşdırmada aşağıdakı meyarlara uyğun gəldiyiniz təqdirdə iştirak edə bilərsiniz:
- Azərbaycanda yaşayırsınız və Azərbaycan vətəndaşısınızsa,
- yetkin şəxssinizsə,
- toplam işçi sayı 10 nəfərdən az olmayan bir təşkilatda işləyirsinizsə,
- indiki iş yerinizdə ən azı bir il işləmisinizsə;
- tam ştat işçisinizsə.

Tədqiqat anonimdir və təxminən 15-20 dəqiqə vaxtınızı alacaqdır.
Zəhmət olmasa, anketi diqqətlə doldurun. Heç bir cavab doğru və ya yanlış deyildir. Bizim üçün önəmli olan, real düşüncə və hislərinizi əks etdirən səmimi cavablarınızdır.
İştirakınıza təşəkkür olaraq, anketi doldurduqdan sonra nəticələrinizin bilavasitə təsvirini görəcəksiniz. Bu sizi vacib və dəyərli psixoloji məlumatlarla təmin etməklə, özünüzü, davranışlarınızı və xüsusən də işinizdəki fəaliyyətinizi daha yaxşı başa düşməyə kömək edəcəkdir. Bu sizə özünüzün güclü və zəif tərəflərinizi daha yaxşı anlamağa yardım edə bilər.

Hörmətlə,
                 Ülkər İsayeva

This survey is anonymous.

The record of your survey responses does not contain any identifying information about you, unless a specific survey question explicitly asked for it.

If you used an identifying access code to access this survey, please rest assured that this code will not be stored together with your responses. It is managed in a separate database and will only be updated to indicate whether you did (or did not) complete this survey. There is no way of matching identification access codes with survey responses.